Modern.az

QHT-lərlə bağlı qanunlara dəyişiklik ediləcək

QHT-lərlə bağlı qanunlara dəyişiklik ediləcək

Aktual

1 Noyabr 2022, 11:34

“Qeyri-hökumət təşkilatları haqqında” və “Qrant haqqında” qanunlara dəyişikliklər təklif olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, deputat Azay Quliyev Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, dəyişikliklər müsbət qiymətləndirilir. Azay Quliyev dəyişikliklərlə bağlı QHT-lərin təkliflərinin vacib olduğunu bildirib.

 

Qeyd edək ki, Milli Məclisdə “Parlament – QHT əməkdaşlığının gücləndirilməsi” mövzusunda ictimai dinləmə keçirilir. Dinləmə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin noyabrın 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı