Modern.az

TV-lərin QHT ekspertlərinə qonorar verməsi təklif olundu

TV-lərin QHT ekspertlərinə qonorar verməsi təklif olundu

Aktual

1 Noyabr 2022, 12:34

Azərbaycanda televiziya verilişlərində iştirak edən QHT ekspertlərinə qonorar verilməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bu təkliflə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında çıxış edib.

 

O deyib ki, televiziyalarda ekspertlər üçün qonorar fondu yaradılmalıdır: “Həmin fondun maliyyəsi hesabına verilişə dəvət olunan QHT ekspertlərinə əməyinə görə qonorar verilməlidir. Çünki biz saatlarla çıxış edib fikirlərimizi bildiririk”.

 

O, eyni zamanda, QHT-lərin ofislə bağlı ciddi problemlərinin olduğunu bildirib: “Bəllidir ki, bu yaxınlarda siyasi partiyalara ofislər verildi. Lakin 2014-cü ildən sonrakı müddətdə QHT-lərin ofisləri maddiyyat ucbatından bağlandı. Təklif edirəm ki, az ödənişlə ofislə təminatımıza imkan yaradılsın. Bundan başqa, QHT-lər üçün dövlət tərəfindən ayrılan 9000 manatlıq qrantdan Dövlət Sosial Müdafiə Fonduna və vergiyə ödənən 25 %-lik ödəniş ləğv olunmalıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı