Modern.az

Partiyalara maliyyə yardımı subsidiya kimi veriləcək

Partiyalara maliyyə yardımı subsidiya kimi veriləcək

Aktual

1 Noyabr 2022, 13:38

Gələn il siyasi partiyalara ayrılacaq maliyyə yardımının həcmi məlum olub.

 

Modern.az xəbər veir ki, bu barədə Hesablama Palatasının 2023-ci il Dövlət büdcəsinin layihəsinə rəyində əksini tapıb. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə qeyd olunub.

 

Sənədə əsasən, 2023-cü ildə siyasi partiyalara 5 milyon manat ayrılacaq.

 

Qeyd edək ki, siyasi partiyalara verilən maliyyə yardımı “malların (işlərin və xidmətin) satınalınması” bölməsinin “sair xərclər” maddəsində nəzərdə tutulmuşdusa, gələn il dövlət büdcəsində bu yardım “qeyri-dövlət müəssisələrinə subsidiyalar” üzrə nəzərdə tutulub. Xatırladaq ki, 2022-ci ildə də siyasi partiyalara 5 milyon manat maliyyə yardımı ayrılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı