Modern.az

Paşinyan İranda Soçi görüşündən danışdı: “Təkid edirik…”

Paşinyan İranda Soçi görüşündən danışdı: “Təkid edirik…”

Aktual

1 Noyabr 2022, 15:32

Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisiyə Soçidə keçirilən üçtərəfli görüşlə bağlı məlumat verib.

 

Modern.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Tehran danışıqlarda müzakirə olunan məsələlərdən xəbərdar olmalıdır.

 

Ermənistanın baş naziri İran prezidenti ilə razılaşıb ki, Cənubi Qafqaz regionu üçün davamlı sülh və təhlükəsizlik vacibdir:

 

"İrəvan təkid edir ki, İran hakimiyyəti danışıqlar zamanı onun müzakirə etdiyi məsələlərdən, Ermənistanın Azərbaycanla, Ermənistanın Türkiyə ilə Qarabağ məsələsində münasibətlərindən xəbərdar olsun".

 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan İranda səfərdədir. O, ötən gün Soçi şəhərində Azərbaycan və Rusiya liderləri ilə üçtərəfli görüş keçirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı