Modern.az

Oktyabrda 1834 mina aşkarlanıb

Oktyabrda 1834 mina aşkarlanıb

Aktual

1 Noyabr 2022, 16:40

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay 1834 mina aşkarlanıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1373, tank əleyhinə 461 mina və 2301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 3246 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda daha bir məktəbə HÜCUM - Mühafizəçi xəstəxanalıq oldu