Modern.az

Şabranda qanunsuz ov edənlər saxlanıldı

Şabranda qanunsuz ov edənlər saxlanıldı

Aktual

2 Noyabr 2022, 11:22

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıblar.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov edən Heydər İbrahimov və Ədalət Rəsulov saxlanılıblar.

 

Həmin şəxslərdən 1 ədəd sənədsiz "İJ" markalı 12 çaplı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl dovşanı aşkar edilib.

 

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!