Modern.az

Cəbrayıldakı mina partlayışının səbəbi AÇIQLANDI

Cəbrayıldakı mina partlayışının səbəbi AÇIQLANDI

Aktual

2 Noyabr 2022, 14:02

Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı barədə məlumat yayıb.

 

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxması səbəbindən piyada əleyhinə minaya düşüb.

 

Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. 

 

Araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı