Modern.az

Azərbaycanda qrip virusu yoxdur - NAZİRLİK

Azərbaycanda qrip virusu yoxdur - NAZİRLİK

Aktual

2 Noyabr 2022, 15:44

"Hazırda Azərbaycanda qrip virusunun olması təsdiqlənməyib".

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

T.Eyvazov bildirib ki, qrip və koronavirusa yoluxması ehtimal edilən şəxslərdən götürülən test nümunələri yoxlanılarkən heç bir nümunədə qrip aşkarlanmayıb:

 

"Xəstələnən şəxslər kəskin respirator virus infeksiyalarına yoluxublar”.

 

İnfeksionist qeyd edib ki, bu gün ölkədə koronavirusa yoluxma halında vəziyyət qənaətbəxşdir:

 

“Hətta yoluxma sayları ikirəqəmlidir. Bu da pandemiyanın başladığı dövrdən bu günə qədər xəstələrin sayında ən aşağı rəqəmdir. Bilirik ki, xəstəliyi yüngül keçirənlər test üçün müraciət etmir. Statistika real olanı göstərməsə də, aktiv xəstə sayı çox deyil”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı