Modern.az

Ərdoğan azərbaycanlı məzuna diplom verdi - VİDEO

Ərdoğan azərbaycanlı məzuna diplom verdi - VİDEO

Aktual

2 Noyabr 2022, 15:04

Türkiyə Respublikası Polis Akademiyasının Polis Rəisləri Tədris Mərkəzini magistratura pilləsi üzrə 15 nəfər azərbaycanlı kursant müvəffəqiyyətlə bitirib.

Modern.az xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri də tədbirdə iştirak edib.
 

Məzuniyyət mərasimində xarici ölkə məzunları arasından bu Proqramı fərqlənmə ilə bitirən Nuran Qənbərliyə diplomu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsən təqdim edib.

Nuran Qənbərli Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “ST və MKS" fakültəsinin məzunudur.

2015-ci ildən Daxili İşlər Orqanlarında çalışan Nuran Qənbərli ötən il Türkiyəyə "Zabitlik" kursu üzrə təhsil almağa göndərilib.

Qeyd edək ki, Nuran Qənbərli AzMİU-nun 2015-ci il məzunudur.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı