Modern.az

"Tərtər işi”nə görə həbs olunan daha 7 nəfərin hökmü LƏĞV EDİLDİ (YENİLƏNİB)

Aktual

2 Noyabr 2022, 16:36

"Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən daha 7 şəxsin hökmü ləğv edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə qərar bu gün Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.

 

Belə ki, “Tərtər işi”nə görə təqsirləndirilərək mühakimə edilən - Natiq Quluzadə, Nicad Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizade və Orxan Babayevin apellyasiya şikayəti üzrə məhkəmə iclasında elan edilib ki, Tərtər Hərbi Məhkəməsinin çıxardığı hökm ləğv olunub.

 

Qeyd edilib ki, Tərtər Hərbi Məhkəməsində 7 nəfərin hazırlıq iclasına baxılacaq.

 

****

16:36

Gəncə Apellyasiya Məhkəməsində "Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya şikayətinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

 

Məhkəmənin qərarı ilə Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

 

Vəkillərin təqsirləndirilən şəxslərin ev dustalığına buraxılması barədə vəsatətləri təmin olunmayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

 

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı