Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, 9965 nəfər vəfat edib, aktiv xəstə sayı 184 nəfərdir.
Ölkədə son sutka ərzində 2448, hazırkı dövrədək isə 7 347 597 test aparılıb.
