“Erkin bəy fikrini aydın izah etmədi, bəlkə, izah etsəydi, mən də ona qoşulardım”.
Modern.az xəbər verir k, bunu Vəhdət Partiyasının sədri, deputat Təhir Kərimli "Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı deyib.
“Burada bəzi razı olmadığım məqamlar var. Deputatlar toxundu, təkrara ehtiyac yoxdur. Bir məqama toxunum, məncə, qanun bu ilə çatmayacaq, ona görə də, qəbulu 2023-cü il qeyd olunsun”.
Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deputatın çıxışına reaksiya verib. “Sən öz müstəqil fikrini de, neynirsən, Erkin bəy nə deyəcək? Bəlkə, sən yaxşı çıxış edəcəksən, Erkin bəy fikrini dəyişib çıxış edəcək”,- deyə sədr müavini bildirib.
Qeyd edək ki, deputat Erkin Qədirli qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.
Həmçinin oxuyun:
Deputat: “Mən razı deyiləm, əleyhinə səs verəcəm”