Modern.az

“Vardanyan ya Bakıya gətiriləcək, ya da...” - Deputat

“Vardanyan ya Bakıya gətiriləcək, ya da...” - Deputat

Aktual

29 Noyabr 2022, 11:22

“Vardanyan kimi dələduzun Qarabağda görünməsi adi hal deyil”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

 

Onun sözlərinə görə, erməni milyarder Vardanyan Qarabağa xüsusi tapşırıqlarla gəlib

 

"Dələduz Vardanyanın təxribatlarına göz yumulmayacaq. Onun özü də Qarabağa gəlməkdən razı deyil. Qarabağa gəlmə səbəbi öldürülən rusiyalı milyarderlər arasında olmamaqdır. Ona tapşırıq verilib ki, təxribatlarını özü maliyyələşdirsin. Rəsmi Bakı isə bununla razı olmayacaq. O, ya Bakıya gətiriləcək, ya da oradan rədd olub gedəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?