Modern.az

Əlilliyə görə pensiya yeni qayda ilə ödəniləcək

Əlilliyə görə pensiya yeni qayda ilə ödəniləcək

Aktual

29 Noyabr 2022, 12:48

Əlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat" verilişində deyib.

 

Qurum rəsmisi qeyd edib ki, layihəyə əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək.

 

"Əlilliyin müəyyən edilməsi meyarlarında da dəyişiklik edilib. Artıq əlillik dərəcələrlə deyil əmək qabiliyətinin itirilmə faizi ilə müəyyən ediləcək", - deyə o əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?