Modern.az

Bakıda 5 minlik telefon oğurlanıb

Bakıda 5 minlik telefon oğurlanıb

Aktual

29 Noyabr 2022, 14:20

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.

 
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.

 

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?