Modern.az

Taksi sürücülərini soyan "müştəri" tutuldu - VİDEO

Taksi sürücülərini soyan

Aktual

29 Noyabr 2022, 14:32

Binəqədi rayonunda müxtəlif vaxtlarda taksi sürücülərinə qarşı soyğunçuluq edilib.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, naməlum şəxs taksilərə müştəri kimi əyləşəndən sonra sürücülərin mobil telefonlarını müxtəlif qanunsuz yollarla ələ keçirərək hadisə yerindən uzaqlaşıb.

 

Zərərçəkənlərin şikayətləri əsasında Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axatarış tədbiri nəticəsində həmin hadisələri törətməkdə şübhəli bilinən Tural Binyətov saxlanılıb. 


Faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.

 

Tural Binyətovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi Rayon Polis İdarəsinə, 43-cu Polis Bölməsinə,  "102" Xidməti-Zəng Mərkəzin və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?