Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunaraq, birinci oxunuşda qəbul edilib.
Modern.az xəbər verir ki, qanun layihəsinin qəbul edilməsi ilə bağlı səsvermə zamanı deputat Erkin Qədirli yanlışlığa yol verib.
Belə ki, o, layihənin əleyhinə olduğu halda bitərəf kimi səs verdiyini deyib.
“Mən komitə iclası zamanı da bildirmişdim ki, qanun layihəsinin əleyhinəyəm. Amma bayaq səsvermə zamanı yanlışlıqla bitərəf olaraq səhv düyməni basdım. Xanım sədr, zəhmət olmasa, protokola məni əleyhinə olaraq qeyd edərsiniz”.
Xatırladaq ki, qanun layihəsinin lehinə 95, bitərəf olaraq isə 1 səs verilmişdi.