Milli Şuranın sədri, London Universitetində çalışan professor Cəmil Həsənli Azərbaycana qayıdıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Şuranın üzvləri sosial şəbəkədə məlumat yayıblar.
Onun səfərində məqsəd qardaşı Valeh Həsənovun yas mərasimində iştirak etməkdir.
Cəmil Həsənlinin qardaşı Valeh Həsənov noyabrın 28-də dünyasını dəyişib. Mərhum Cəlilabadda dəfn olunub.