Futbol üzrə Niderland və Qətər yığmaları arasında görüş başa çatıb.
Modern.az xəbər verir ki, qarşılaşma Niderland millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra Lui Van Qalın baş məşqçi olduğu komanda dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Niderland - Qətər - 2:0
Qol: Kodi Qakpo, 26, Frenki de Yonq, 49
Baş hakim: Bakari Qassama (Qambiya)
"Əl Beyt" stadionu
***
Dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, Avropa təmsilçisinin oyunçusu Frenki de Yonq 49-cu dəqiqədə rəqibin qapısına yol tapıb - 2:0.
***
19:35
Dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, 26-cı dəqiqədə Kodi Qakpo Avropa təmsilçisini hesabda önə keçirib.
***
19:00
Qətərdə keçirilən dünya çempionatında Niderland və Qətər yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.
Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
***
17:50
Qətərdə keçirilən dünya çempionatının A qrupunun II turunda üz-üzə gələcək Niderland və Qətər yığmalarının start heyətləri açıqlanıb.
Modern.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo
Qətər: 22. Meşal Barşam, 17. İsmael Mohammed, 2. Pedro Migel, 16. Bualem Xuki, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 6. Abdulaziz Hatem, 23. Assim Madibo, 10. Hasan Al Haydos, 19. Almoez Ali, 11. Akram Afif
Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.