Futbol üzrə İngiltərə millisi dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Modern.az xəbər verir ki, ingilislər B qrupunun III turunda Uelslə oyunda 3:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə xallarının sayını 7-ə yüksəldən İngiltərə qrup lideri kimi növbəti mərhələyə çıxıb.
Qeyd edək ki, 1/8 finalda İngiltərənin rəqibi A qrupunda ikinci yeri tutmuş Seneqal yığması olacaq.
***
00:35
Dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə oyununda 3-cü qol vurulub.
Modern.az xəbər verir ki, Markus Reşford 68-ci dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vurub.
***
00:25
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə arasında keçirilən oyunda iki dəqiqəyə iki qol vurulub.
Modern.az xəbər verir ki, qarşılaşmanın 50-ci dəqiqəsində Markus Reşford, 52-ci dəqiqəsində isə Fil Foden İngiltərəni Uels qarşısında 2:0 hesabı ilə önə çıxarıblar.
***
23:03
Dünya çempionatının B qrupunun III turunda Uels və İngiltərə milliləri qarşılaşır.
Modern.az xəbər verir ki, görüş saat 23:00-da başlayıb.
Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.
***
Komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:
Uels: 12. Denni Uard, 3. Neko Uilliams, 4. Ben Deyvis, 5. Kris Mefam, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Beyl, 13. Kiffer Mur, 15. Etan Ampadu, 20. Daniel Ceyms
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Luk Şou, 4. Deklan Rayz, 5. Con Stounz, 6. Herri Maquayr, 8. Cordan Henderson, 9. Harri Keyn, 11. Markus Reşford, 20. Fil Foden, 22. Cud Bellingem