Modern.az

GDU-da bilik yarışı - FOTOLAR

GDU-da bilik yarışı - FOTOLAR

Aktual

30 Noyabr 2022, 10:53

Gəncə Dövlət Universitetinin şəhid məzunları- Elgün Xıdırov və Səməndər İmanovun xatirəsinə həsr olmuş bilik yarışı keçirilib.

 

Universitetin Tələbə Elmi Cəmiyyəti və Ekologiya və təbiəti mühafizəsi kafedrasının birgə əməkdaşlığı ilə keçirilən yarışda şəhidlərin xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə,  Kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, Botanika kafedrasının professoru Vaqif Novruzov, Ekologiya və təbiəti mühafizəsi kafedrasının müdiri Sevda Əhmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova və tələbələr iştirak ediblər.

 

Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Tələbə Elmi Cəmiyyət tərəfindən təşkil edilən yarışı yüksək qiymətləndirib. Prorektor gənclərə şəhidlərimizin keçdiyi şərəfli yolu örnək götürməyi, vətəni onlar kimi sevməyi tövsiyə edib.

 

Bilik yarışında tələbələrə III mərhələ üzrə - “İşğal dövründə Qarabağda  yaranan ekoloji problemlər”, “Azərbaycanın ekoloji problemləri və onların həlli yolları”, “Qlobal ekoloji məsələlər” üzrə suallar verilib.

 

Yarışda “BİO REMEDİATİON” komandası qalib gələrək kubok qazanıb,  hədiyyə və diplomla təltif edilib. II yerə “VİTAGREEN”, III yerə  “REVERSE OSMOSİS”, IV yerə “RAİNERGY”, V yeri ”ENVİROMENT” komandası çıxıb.  Qaliblərə sertifikat təqdim olunub. 

             

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?