Modern.az

Azərbaycan NATO-nun güclü tərəfdaşıdır

Azərbaycan NATO-nun güclü tərəfdaşıdır

Aktual

30 Noyabr 2022, 12:54

Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Bakıda "NATO günləri" çərçivəsində "SHAPE Partnerships Country Engagement" tərəfdaşlıq şöbəsinin rəisi, polkovnik İqor Tabulov-Truta deyib.

 

"Mən Azərbaycan Silahlı Qüvvələrini nümayiş etdirdikləri inkişafla bağlı təbrik etməliyəm. Qüvvələrin müxtəlif komponentləri bizim operativ potensial konsepsiyası mexanizmimiz sayəsində tam operativ bacarıqlara yiyələniblər". - deyə o bildirib.

 

İ.Tabulov-Truta əlavə edib ki, "NATO günləri" Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və məqsədyönlülüyünü görmək imkanı yaradıb.

 

"Azərbaycan NATO-nun güclü tərəfdaşı olmaqda davam edir. Onun NATO missiya və əməliyyatlarına töhfəsi hər zaman mühümdür", - o deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?