Modern.az

“Code Academy” şirkətinin baş direktoru GDU-də olub

“Code Academy” şirkətinin baş direktoru GDU-də olub

Aktual

30 Noyabr 2022, 13:22

Yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan “Code Academy” şirkətinin baş direktoru  Ülvi Aslanov Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovla görüşüb.

 

Modern.az xəbər verir ki, qonaqları salamlayan rektor universitetin fəaliyyəti, mərkəzləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.

 

Görüşdə tələbələrin informasiya texnologiyaları sahəsində nəzəri biliklərini yüksəltməyə dair Təhsil Nazirliyi və "Code Academy" şirkətinin əməkdaşlığı ilə hazırlanan layihə haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, universitetin III və IV kurs tələbələri “Code Academy” təhsil modelinə qoşulmaqla nəzəri biliklərlə yanaşı, təcrübə keçmək imkanı da əldə edəcəklər. Layihə çərçivəsində informasiya texnologiyaları və proqramlaşdırma sahələri üzrə təhsil alan tələbələr ödənişsiz olaraq proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə tədris almaq imkanı əldə edəcəklər.

 

Rektor Yusif Yusibov ali təhsil müəssisələri üçün yaradılan yeni modeli dəstəklədiyini və yaxın zamanlarda universitetdə bu layihənin həyata keçməsi üçün mühüm addımların atılacağını vurğulayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?