Modern.az

Ukrayna səfirliyində partlayış - Yaralı var

Ukrayna səfirliyində partlayış - Yaralı var

Aktual

30 Noyabr 2022, 17:44

Ukraynanın İspaniyanın paytaxtı Madrid şəhərindəki səfirliyində partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

 

İspaniya mətbuatının yaydığı məlumata görə, xəsarət alan şəxs səfirliyin əməkdaşıdır.

 

Ehtimal olunur ki, diplomatik nümayəndəliyə içərisində kiçik partlayıcı qurğu olan qutu göndərilib. Səfirliyin əməkdaşı qutunu açan zaman partlayış baş verib.

 

Yaralı xəstəxanaya yerləşdirilib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?