Modern.az

Azad edilmiş ərazilərlə bağlı YENİ RÜSUMLAR - 1800 manat

Azad edilmiş ərazilərlə bağlı YENİ RÜSUMLAR - 1800 manat

Aktual

9 Dekabr 2022, 11:31

Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazələrin verilməsinə və müddətinin uzadılmasına görə yeni rüsumlar müəyyənləşir.

 

Modern.az xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə bildirilib.

 

Layihəyə əsasən, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 10 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1800 manat dövlət rüsumu müəyyənləşir.

 

Bu halda 15 gün müddətində 1 il 6 ayadək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1400 manat, 2 ilədək iş icazəsinin verilməsi və müddətinin uzadılması üçün 1600 manat dövlət rüsumunun alınması təklif olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?