Modern.az

Haqqı çatmayanlara da medal verildi - Deputat şikayətləndi

Haqqı çatmayanlara da medal verildi - Deputat şikayətləndi

Aktual

9 Dekabr 2022, 12:54

“Bu gün təqdim olunan medalları biz təsis edirik. Amma təsis edilən medalların paylanması zamanı problemlərin yarandığını görürük”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

 

“Vətən müharibəsindən sonra bir çox medallar təsis edilmişdi, amma onların paylanmasında problemlər yarandığını gördük. Sosial şəbəkələrdə də aparılan müzakirələr göstərir ki, 44 günlük Vətən müharibəsində haqqı çatmadığı halda kimlərinsə təqdimatı ilə bəzi şəxslər medallar alıb. Bu da onu göstərir ki, kimlərsə orden və medal ala bildi, kimlərsə haqqı ola-ola ala bilmədi”, - deyə deputat vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?