Modern.az

Həmin torpaqlar xüsusi nəzarətdə saxlanılacaq – Əli Əsədov

Həmin torpaqlar xüsusi nəzarətdə saxlanılacaq – Əli Əsədov

Aktual

9 Dekabr 2022, 14:56

Azərbaycan Respublikasının vahid torpaq fondu 8,6 milyon hektar təşkil edir ki, bundan kənd təsərrüfatına yararlı torpaq sahələri cəmi 4,8 milyon hektardır. Bu da 55,2% təşkil edir.   

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. 

 

Baş nazir deyib ki, son vaxtlar qeyri-kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələrinin kateqoriyasının və təyinatının dəyişdirilməsi ilə bağlı çox sayda müraciətlər olunur:

 

"Lakin kənd təsərrüfatı təyinatlı torpaqların ölkənin ərzaq təhlükəsizliyi, əhalinin ərzaq təminatı və məşğulluğu üçün vacib əhəmiyyətini nəzərə alaraq, həmin torpaqlardan təyinatından kənar istifadə edilməsi arzuolunmazdır və xüsusi nəzarətdə saxlanılacaqdır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?