Modern.az

Heydər Əliyevin anım günü Xocavənddə qeyd edilib - FOTOLAR

Heydər Əliyevin anım günü Xocavənddə qeyd edilib - FOTOLAR

Aktual

12 Dekabr 2022, 17:08

Ümummilli lideri Heydər Əliyevin anım günündə əziz xatirəsi Xocavənd rayonunda dərin ehtiramla yad edilib.

 

Modern.az xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günündə əziz xatirəsi Xocavənd rayonunda dərin ehtiramla yad edilib. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, müavinlər, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edərək dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər.

 

Ulu Öndərin abidəsinin ziyarəti gün ərzində davam etmiş, ziyarətdə idarə müəssisə və təşkilatların kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?