Dərmanlarla bağlı problemlər var və vətəndaşlar bundan şikayətçidir.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə uyğun olaraq bir vətəndaşın şəxsi istifadə məqsədilə ölkəyə dərman gətirməsi üçün konkret ölçülər yoxdur.
"Biz hazırda bununla bağlı Səhiyyə Nazirliyi ilə iş aparırıq. Təəssüf ki, biz bu meyarları ölçə bilmirik. Bəzən olur ki, vətəndaşlar ölkə qeydiyyatında olmayan dərmanları belə gətirmək istəyirlər. Bu isə ölkəyə dərman idxal edən özəl şirkətlər tərəfindən narazılıqla qarşılanır. Onlar bildirir ki, bu dərman ölkə qeydiyyatında olmasa da, apteklərdə satılır. Belə olan halda biz ortada qalırıq. Bununla bağlı hökumətin tapşırığı ilə Səhiyyə Nazirliyi ilə işlər aparırıq", - deyə gömrük generalı vurğulayıb.