Modern.az

Gömrük işçilərinin maaşı ARTIRILIR

Gömrük işçilərinin maaşı ARTIRILIR

Aktual

13 Dekabr 2022, 12:22

"Gömrük orqanları şəffaflaşmalıdır. Bizim qarşımıza qoyduğumuz əsas məqsəd budur".

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“Bundan başqa, gömrük orqanlarında da məmnuniyyəti artırmaq lazımdır. Çünki gömrük orqanı işçiləri işindən razı olmadığı halda, korrupsiyaya meyillilik arta bilər. Bu da işdə şəffaflığa mane ola bilər. Ona görə də dünya təcrübəsində olduğu kimi bizdə də gömrük işçilərinin maaşları artırılır”,- deyə o bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?