Azərbaycanda "Yaşıl dəhliz"lə insanlar telefon və qızıl keçirirlər.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.
“Yaşıl dəhliz bizim üçün vacib amildir. Tutulan əşyaların əksəriyyəti “Yaşıl dəhliz” ilə keçirilir. Yəqin ki, bir müddət əvvəl gördünüz ki, bir neçə kiloqram həcmində qızıl keçirmək istəyiblər. Bu məsələ üzərində işləyirik ki, belə hallar yaşanmasın”.