Modern.az

İranlı sürücülər vergidən qaçmaq istəyirdilər - Gömrük generalı

İranlı sürücülər vergidən qaçmaq istəyirdilər - Gömrük generalı

Aktual

13 Dekabr 2022, 13:02

"Qarabağda iki postumuz – Qazançı və Eyvazlı postları fəaliyyət göstərir".

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“Bu postlar Zəngilanda və Qubadlıda yerləşir. Məlumat üçün bildirim ki, postdan üç avtomobil keçmişdi, İran sürücüləri yol vergisindən qaçmaq istəyirdilər. Son həssas vaxtlarda hərəkət yox idi, amma indi müəyyən hərəkət var. Azad edilmiş ərazilərdə layihələrimiz var, çalışacağıq ki, hər hansı yalnışlığa yol verməyək. Hazırda Ağbənd keçid məntəqəsi üzərində işləyirik və layihələndiririk”, - deyə gömrük generalı vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?