“Universitetlər hər il tələbələri qəbul edir və buraxırlar. Amma dəqiqləşdirilməlidir ki, bizə nə qədər müəllim və həkim lazımdır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə deputat Sabir Rüstəmxanlı deyib.
“Bu çox ciddi problemdir. Biz bilirikmi, Azərbaycana nə qədər həkim, müəllim lazımdır? Bununla bağlı sistem yaradılmalıdır, dəqiqləşdirilmələr aparılmalıdır”,- deyə deputat bildirib.