Modern.az

Komitə sədri təhsil sistemindən gileyləndi: “Yaxşı nəticə görmədik”

Komitə sədri təhsil sistemindən gileyləndi: “Yaxşı nəticə görmədik”

Aktual

15 Dekabr 2022, 11:56

“Biz əvvəl baloniya, kurikulum sistemi haqqında ürəklə danışırdıq, amma yaxşı nəticələrini görmədik”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

“Əvvəllər bu sistemlərin təhsildə tətbiqinə xüsusi diqqət yetirirdik, həvəsli idik. Amma bu sistemlərin ölkədə tətbiqi o qədər də ürəkçan olmadı. Amma ümid edirik ki, sertifikasiya sistemi ölkədə uğurlu olar”, - deyə komitə sədri vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?