Modern.az

Hər fikri ciddi qəbul edə bilmərik – Emin Əmrullayev

Hər fikri ciddi qəbul edə bilmərik – Emin Əmrullayev

Aktual

15 Dekabr 2022, 12:50

“Kiminsə rəyinə uyğun qərar qəbul etmək düzgün deyil”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir görüşdəə səslənən bəzi fikirlərlə razılaşmadığını bildirib:

 

“Bəzən rəylərimiz faktlara əsaslanmır. Elçin bəy (təhsil eksperti Elçin Əfəndini nəzərdə tutur-red) təhsillə bağlı məsələni qeyd edir, amma hələ Azərbaycanda nə qədər şagird olduğunu dəqiq bilmir. Ona görə də səslənən hər rəyi ciddi qəbul edə bilmərik. Çünki həmin rəylər düzgün fakta söykənmir”, - deyə nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...