Modern.az

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcəyini açıqladı

Ceyhun Bayramov yenidən Mirzoyanla görüşəcəyini açıqladı

Aktual

15 Dekabr 2022, 18:03

“Bu ayın sonuna qədər yenidən Ermənistan nümayəndə heyəti ilə görüş gözlənilir”. 

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

 

“Azərbaycan tərəfi hər zaman sülh üçün ilk addımı atıb. Eyni zamanda sülh müqaviləsi üçün şərtlərini də açıqlayıb və qarşı tərəfə göndərib”, - deyə nazir vurğulayıb.

 

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın sonuncu görüşü noyabrın 7-də Vaşinqton şəhərində baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?