Modern.az

Bu aksiya təkcə bizi maraqlandırır 

Bu aksiya təkcə bizi maraqlandırır 

Aktual

16 Dekabr 2022, 11:32

Azərbaycanda keçirilən aksiya təkcə bizi maraqlandırır, digər dövlətlər bununla bağlı çıxışlar etməli deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.

 

“İranda 30 milyon azərbaycanlı yaşayır. Belə çıxır ki, biz bir cığır tapıb soydaşlarımızın yanına getməliyik. Fransa, Yunanıstan və digər ölkələr öz daxilindəki problemlərə baxsalar yaxşı olar. Hətta bu gün Avropada böyük problemlər var, Rusiya-Ukrayna arasında baş verən müharibə fonunda qaz problemlərini həll etsinlər. Bu gün ölkədə baş verən hadisələr sadəcə Azərbaycanı maraqlandırır”,- deyə deputat çıxışında vurğulayıb.

 

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Bu gün artıq aksiyanın 5-ci günüdür.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?