“Ölkədə başlayan sosial layihələr uğurla inkişaf edir. Bunların arasında ən vacibi səhiyyə islahatlarıdır. Belə ki, ölkədə həkimlər tibb fakültəsinə yüksək balla qəbul olduqdan sonra rezidentura üçün xarici ölkələrə üz tuturlar. Bu, ölkə kapitalı üçün ciddi təhlükə yaradır və yaxşı hal deyil. Ölkələr öz insan kapitalını qorumaq üçün buna heç yaxşı baxmır".
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Rəşad Mahmudov səsləndirib.
Onun sözlərinə görə, rezidenturaya qəbul olmuş həkimlər xaricə üz tutur. Çünki onlar burada həyatını 300 manata yaxın maaşla davam etdirir:
"Əvvəllər insan kapitalı dedikə dövlətlərin investisiyası nəzərə alınırdı. Bu gün isə fərqlidir. Düşünürəm ki, Nazirlər Kabineti tərəfindən rezidenturaya aid sənədə yenidən baxılmalıdır. Rezidenturaya qəbul olmayanlar daha yüksək – 800, 1000, 1500 manata, rezidenturaya daxil olan zaman yüksək bal toplayanlar isə 5 il ərzində 300 manata işləməyə məcbur olurlar”,- deyə deputat vurğulayıb.