Modern.az

Rüfət Quliyev bu dəfə banklardan şikayətləndi

Rüfət Quliyev bu dəfə banklardan şikayətləndi

Aktual

16 Dekabr 2022, 12:42

Şənbə və bazar günləri banklar işləmir, bu da valyuta dəyişmə əməliyyatları zamanı problemlər yaradır.

 

Modern.az xəbər verir ki, bu barədə Mill Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev bildirib.

 

“Bu zaman ölkəyə gələn turistlər, ümumiyyətlə, vətəndaşlar valyutalarını harada dəyişməlidir? Bu məsələ üzərində ciddi işləmək lazımdır. İnsanlar valyuta dəyişdirilməsi ilə bağlı əziyyət çəkməli deyil. Bu məsələ artıq neçənci dəfədir qaldırılsa da, hələ də həllini tapmayıb”, - deyə deputat şikayətlərini çatdırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır