Modern.az

Günün havası - Duman, 15 dərəcə isti

Günün havası - Duman, 15 dərəcə isti

Aktual

19 Dekabr 2022, 08:02

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Modern.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 8-11° isti, Bakıda gecə 6-8°, gündüz 9-11° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək, axşama doğru bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 4-8°, gündüz 10-15° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?