Modern.az

Vətən müharibəsi şəhidinin atası vəfat edib

Vətən müharibəsi şəhidinin atası vəfat edib

Aktual

19 Dekabr 2022, 09:44

Vətən müharibəsi şəhidi Toğrul Hacıyevin atası vəfat edib.

 

Modern.az xəbər verir ki, şəhidin atası Siyavşah Hacıyev yaşadığı Göyçay rayonunda dünyasını dəyişib.

 

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir.

 

Qeyd edək ki, 1991-ci ildə Göyçayın Çayarxı kəndində anadan olan Toğrul Siyavşah oğlu Hacıyev 2020-ci il oktyabrın 25-də Xocavənd döyüşləri zamanı şəhid olub. İki azyaşlı atası olan şəhid Göyçay rayonunda dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır