Modern.az

"Aqroservis" İSO keyfiyyət sertifikatı alıb

Aktual

19 Dekabr 2022, 09:40

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC sertifikatlaşdırma üzrə dünyanın aparıcı şirkətlərindən biri olan DNV-nin idarə etmə üzrə İSO 9001:2015 keyfiyyət sertifikatına layiq görülüb.

 

Modern.az nazirliyə istinadən xəbər verir ki, səhmdar cəmiyyəti idarəçiliyin elektronlaşdırılması, innovasiyaların tətbiqi, aqrotexniki xidmətlərin təşkili sahəsi və fermerlerə göstərilən xidmətləri təkmilləşdirdiyi və qlobal keyfiyyət standartlarına uyğunlaşdırdığı üçün bu sertifikatı əldə edib.

 

"ISO 9001:2015 sertifikatına sahib olmaq “Aqroservis”in davamlı olaraq yüksək standartların tətbiqində maraqlı olmasının göstəricisidir, qurumun fəaliyyətinin İSO 9001:2015 keyfiyyətli idarəetmə sisteminin standartlarına uyğun olduğunu təsdiq edir", - deyə nazirlik bəyan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?