Modern.az

Zelenski anons etdi: “Yay tətilini Krımda keçirəcəyəm”

Zelenski anons etdi: “Yay tətilini Krımda keçirəcəyəm”

Aktual

19 Dekabr 2022, 10:38

Ukrayna prezidenti Vladimir Zelenski Krımın Ukrayna silahlı qüvvələri tərəfindən geri qaytarılacağına eyham vuraraq, tətilini gələn ilin yayında Krımda keçirəcəyini bildirib.


Modern.az xəbər verir ki, Zelenski bu barədə Fransanın “TF1 info” telekanalına müsahibəsində bildirib.


“Mən böyük məmnuniyyətlə bizim Ukrayna Krımına gedəcəyəm. 2023-cü ilin yayını orada keçirmək yaxşı olardı”, - deyə Ukrayna prezidenti qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır