Modern.az

Valideynlərinin evindən 14 minlik oğurluq etdi

Valideynlərinin evindən 14 minlik oğurluq etdi

Aktual

19 Dekabr 2022, 11:20

Tovuzda oğul valideynlərinin evindən oğurluq edib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, dekabrın 16-da Tovuz şəhərindəki evlərin birindən 13.500 manat pul və 400 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin oğlu müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?