Modern.az

Keçmiş diplomatın casus oğlu ifşa olundu

Keçmiş diplomatın casus oğlu ifşa olundu

Aktual

19 Dekabr 2022, 11:30

Avstriya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kobra” dəstəsinin əməkdaşları Rusiyaya casusluq etməkdə şübhəli bilinən 39 yaşlı Yunanıstan vətəndaşını saxlayıb.

 

Modern.az xəbər verir ki, saxlanılan Rusiya əsilli Yunanıstan vətəndaşının Vyana ətrafında yerləşən evində axtarış aparılıb.

 

Onun Rusiya Baş Kəşfiyyat İdarəsinin Almaniya və Avstriyada diplomat işləmiş sabiq əməkdaşının oğlu olduğu bildirilir.

 

Avstriya Dövlət Təhlükəsizlik Xidməti şübhəlinin müxtəlif ölkələrin diplomatları və kəşfiyyatçıları ilə təmaslarını qeydə alıb. O, həmçinin dövlət sirrini açmaqda şübhəli bilinir.

 

Saxlanılan şəxsin evində aparılan axtarış zamanı dinləmə cihazları, bir neçə mobil telefon, notebook və planşet aşkarlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!