Modern.az

AŞPA Korsikaya faktaraşdırıcı missiya göndərməlidir

AŞPA Korsikaya faktaraşdırıcı missiya göndərməlidir

Aktual

19 Dekabr 2022, 12:17

Fransanın mərkəzi hakimiyyətinin Korsikanı imformasiya blokadasında saxlaması, onlarla dinc vətəndaşın və ictimai fəalın müxtəlif ittihamlarla həbs edilməsi rəsmi Parisin insan hüquqları və azadlıqlarına münasibətdə gerçək simasını nümayiş etdirir. 

 

Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

 

Deputat separatçı, terrorçu, müharibə canisi Araik Arutunyanın  səfərinə ev sahibliyi edən, mediada onun qanunsuz iddialarının, cinayət xarakterli çağırışlarının təbliğinə imkan yaradan Fransanın Korsikanın mərkəzi hakimiyyətdən daha çox azadlıq tələb edən sakinlərinə qarşı repressiv siyasətinin beynəlxalq təşkilatlar tərəfindən diqqətdən kənarda saxlanılması demokratiya, insan hüquq və azadlıqlarına münasibətdə ikili standartların bariz nümunəsidir:

 

“Emmanuel Makron iştirak etdiyi hər iki prezident seçkisində korsikalılara verdiyi vədlərin əksinə olaraq, ada sakinlərinin hüquqlarının məhdudlaşdırılması istiqamətində daha sərt siyasət yürüdür. Dünyanın 140 ölkəsindən gələn muzdlulardan ibarət Fransız Xarici Legionunun bir neçə alayının Korsikada saxlanılması, əslində rəsmi Parisin öz vətəndaşlarına – kosrikalılara olan aqressiv münasibətinin, onlarla muzdluların vasitəsilə “danışmaq” niyyətinin göstəricisi kimi dəyərləndirilməlidir. Son bir ay ərzində 11 nəfər korsikalı fəal ən ağır ittihamlarla həbsə atılıb, 1 nəfər həbsxanada xüsusi amansızlıqla qətlə yetirilib. Fransanın korsikalılara qarşı repressiv assimilyasiya siyasətinə etiraz edənlər və onların ailə üzvləri təzyiqlərə məruz qalıblar. Bununla yanaşı, rəsmi Paris hər il Korsika dilinin və mədəniyyətinin sıradan çıxarılması üçün müxtəlif inzibati metodlara əl atmağa davam edir. Makron hakimiyyətə gəldikdən sonra adada Korsika dilinin tədrisi ən minimum həddə - 23%-ə endirilib. Mərkəzi hakimiyyət Korsikada Fransanın müxtəlif ərazilərindən gələn şəxslərin məskunlaşdırılma prosesini stimullaşdırmaqla adadakı demoqrafik vəziyyəti dəyişməyə çalışır. Hər il mənşəcə fransız olan 5 minə yaxın şəxsin Korsikada məskunlaşdırılması təmin edilir və onların güzəştli şərtlərlə torpaq almalarına, biznes qurmalarına yardım göstərilir. Bütün bunlar, Korsikadakı vəziyyətin təhlükəli həddə çatdığını göstərir və BMT Təhlükəsizlik Şurasının gündəliyinə salınmasını zəruri edir. Hesab edirəm ki, Fransanın BMT TŞ-dəki statusundan monopoliya kimi istifadəsinə son qoyulmalıdır. Həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məsələyə diqqət yetirməli, vəziyyəti yerində araşdırmalı, AŞPA Korsikaya müvafiq faktaraşdırıcı missiya göndərilməlidir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?