Modern.az

“Bir salama 10 min dollar verirlər” - Rüfət Quliyev

“Bir salama 10 min dollar verirlər” - Rüfət Quliyev

Aktual

19 Dekabr 2022, 12:30

Xaricdə oxuyub gələnlər Azərbaycandakı maaşa qane olmurlar.

 

Modern.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib.

 

“Deyə bilərik ki, bizdə yüksək maaş deyəndə 3000 min manat nəzərdə tutulur. Amma mən elə adam tanıyıram ki, özü Bakıdadır, amma Dubayda kriptovalyuta ilə məşğuldur. Bir salama 10 min dollar təklif edirlər. Hələ təkcə salama 10 min dollar maaş verirlər. Həmin mütəxəssisləri ölkəyə cəlb etmək üçün işlər görməliyik. Məsələn, nazirliyin yanında fond yarada bilərik ki, xaricdə oxuyan tələbələrin xərcləri ödənilsin”, - deyə deputat Azərbaycanda İKT sahəsi üzrə peşəkar mütəxəssislərin yetişdirilməsinin vacib olduğunu söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?