Modern.az

Erməni separatçıları Xocavənddə minaya düşdü

Erməni separatçıları Xocavənddə minaya düşdü

Aktual

19 Dekabr 2022, 12:48

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.

 

Modern.az xəbər verir ki, dekabrın 18-də günorta saatlarında baş verən partlayış nəticəsində qanunsuz dəstənin iki üzvünün ağır yaralandığı bildirilir.

 

Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasıya edilib. Qanunsuz erməni silahlı dəstəsinin vəziyyəti ağır qiymətləndirilən digər üzvü baş və diz nahiyələrindən çoxlu qəlpə yarası alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır