Modern.az

BQXK-nın maşınlarının Laçına keçməsinə icazə verildi - FOTO

BQXK-nın maşınlarının Laçına keçməsinə icazə verildi - FOTO

Aktual

19 Dekabr 2022, 12:52

Dekabrın 19-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

 

Modern.az xəbər verir ki, bu hal ilk deyil. Belə ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

 

Bu addım humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının göstəricisidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?