Modern.az

“Axının qarşısında heç kim dura bilmir” – Tahir Mirkişili

“Axının qarşısında heç kim dura bilmir” – Tahir Mirkişili

Aktual

19 Dekabr 2022, 12:58

Azərbaycanda İKT sahəsində müxəsssislərin hazırlanmasının sayının artırılmasına ehtiyac var.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.

 

“Dünyada gedən proses belədir ki, İKT sahəsində fəaliyyət göstərən mütəxəssislər Avropadan ABŞ-a axın edir. Asiyada olan mütəxəssis Koreyaya axın edir. Bu axının qarşısında heç kim, Avropanın özü də dura bilmir. Burada ən doğru addım daha çox mütəxəssis yetişdirməkdir. Azərbaycanda İKT mütəxssislərinə tələbat 20 minin üzərindədir. Azərbaycanda hər il bu sahədə 3500 kadr hazırlanır. Belə olan halda biz bu boşluğu nə qədər tez qapatsaq daha yaxşıdır”,- deyə komitə sədri vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?